Bu gün dünyada kişilərin 70 faizi internet şəbəkəsinə çıxış əldə edir, qadınlar arasında isə bu göstərici 65 faizdir. Azərbaycanda bu baxımdan vəziyyət daha yaxşıdır. Belə ki, Azərbaycanda kişilərin 92,7 faizi və qadınların 85,4 faizi internetdən istifadə edir.
Mynews.az xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional direktoru Natalia Mochu “Rəqəmsallaşmada yeni mərhələ” tədbirinin panel sessiyasında çıxışı zamanı deyib.
“Ötən il dünyada şəhər əhalisinin 83 faizi internetdən istifadə etsə də, kənd yerlərində bu göstərici 50 faizdən az olub. Azərbaycanda şəhər əhalisinin 94,6 faizinin internetə çıxışı olduğu halda, kənd yerlərində bu göstərici 82,1 faizdir. Bu isə dünya səviyyəsindən xeyli yüksək göstəricidir”, - deyə BTİ-nin direktoru Natalia Mochu vurğulayıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub