Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Mynews.az xatırladır ki, Yel çərşənbəsi Novruzun dörd əsas çərşənbəsindən üçüncüsüdür. Xalq inanclarına görə, bu gün əsən küləklər torpağı hərəkətə gətirir, təbiətə yeni nəfəs verir.Bu çərşənbədə tonqal qalamaq, onun üzərindən atlanmaq, evləri təmizləmək və bayrama hazırlıq görmək ənənədir. İnanclara görə, Yel çərşənbəsində əsən küləklər insanın ağrı-acısını alıb aparır. Başqa bir inanca görə isə Yel çərşənbəsində külək arzuları göylərə qaldırır. Buna görə də bu axşam niyyət tutanlar çox olur.
Yel çərşənbəsi bizə baharın yaxınlaşdığını, təbiətin yenidən canlandığını xatırladır. Bu küləkli gündə əsrlərdir davam edən ənənələri yaşatmaq Novruza daha bir addım atmaq deməkdir.
Qeyd edək ki, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edəcək. Novruz bayramı martın 20-si qeyd ediləcək.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub