Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyatı filmə çəkilib.
Mynews.az xəbər verir ki, bu barədə "AZTV"nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
"Mədəniyyət" TV-də yayımlanan "Hər şey yaxşı olacaq" sənədli filmi Hökumənin dilindən səslənən son cümləyə həsr olunub.
Filmdə Hökumənin ailə üzvləri, yaxınları onunla bağlı xatirələrini bölüşüblər.
Süjetdə həmçinin H.Əliyevanı canlandıran xanım personajı da görmək mümkündür.
Qeyd edək ki, Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus, Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin bələdçisi Hökumə Cəlil qızı Əliyeva xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub