Son illərdə Azərbaycanda avtomobil bazarında əhəmiyyətli dəyişikliklər baş verib. İstehlakçıların seçimləri, bazara daxil olan yeni markalar, istifadə olunmuş avtomobillərə tələbat və dövlətin gömrük və vergi siyasəti kimi faktorlar ölkədə fərqli avtomobil parkının formalaşmasına təsir edib.
Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə, 2018-ci ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin ümumi sayı 1.2 milyona yaxın idisə, 2024-cü ildə bu rəqəm 1,6 milyona çatır. Bu, son 6 ildə avtomobil sayının 35 faizdən artıq çoxalması deməkdir.
Ötən il ölkənin avtomobil parkında ən çox yer tutan modellər aşağıdakılar olub :
1. Mercedes-Benz – 220 242 ədəd
2. Vaz-2101, 03-06 – 199 068 ədəd
3. Vaz-2105, 2107 və modifikasiyaları – 126 469 ədəd
4. Hyundai – 142 814 ədəd
5. Toyota – 115 151 ədəd
Bu rəqəmlər göstərir ki, Almaniya istehsalı "Mercedes-Benz" Azərbaycanda ən çox istifadə edilən marka olsa da, ümumilikdə Rusiya-Sovet istehsalı olan VAZ modelləri birlikdə daha geniş yayılıb. Azərbaycandakı bütün avtomobillərin təxminən 25,2%-i VAZ markasına aiddir.
Almaniyanın "Mercedes-Benz", BMW, "Opel" və "Volkswagen" kimi markaları, Cənubi Koreya "Hyundai, KIA markaları, Yaponiyanın "Toyota", "Nissan", "Mitsubishi" və "Honda" kimi brendləri Azərbaycanda geniş yayılıb.
Statistika göstərir ki, ölkəmizdə elektrikli avtomobillər də hər keçən gün artır. "Tesla" markası ilk dəfə 2023-cü ildə statistikaya düşüb və 2024-cü ildə 535 ədəd avtomobil qeydiyyata alınıb. Bu, hələ ki, kiçik bir rəqəm olsa da, elektrikli avtomobillərə marağın artdığını göstərir.
Çin istehsalı avtomobillər isə ümumi avtomobil parkının təxminən 1,69%-ni təşkil edir. Çin markaları hələlik bazarda böyük paya sahib olmasa da, son illərdə onların sayı artmaqdadır, xüsusilə də BYD, “Changan” və “Chery” kimi markalar Azərbaycanda daha populyar olmağa başlayır.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub