Bakı şəhərinin ən ciddi problemi avtomobillərin yaratdığı tıxaclardır. Ən böyük tıxac isə özünü Bakı-Sumqayıt istiqamətində göstərir və sıxlıq saatlarla davam edir. Mütəxəssislər deyirlər ki, problemdən çıxış yollarından biri Bakı-Sumqayıt istiqamətində yeni magistral yolun çəkilməsidir.
Mynews.az-ın məlumatına görə, hökumət hazırda bu məsələni nəzərdən keçirir. Bakı-Sumqayıt istiqamətində yeni magistral yolun çəkilməsi hökumətin prioritet tədbir kimi nəzərdə tutduğu məsələlərdən biridir. Bununla nəqliyyat sahəsindəki sıxlığın azalacağı proqnozlaşdırılır.
Hökumətdə hesab edirlər ki, Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası ilə paytaxtın yeni strateji 2-ci şimal giriş-çıxışı yaradılacaq.
Qeyd edilən məsələ Nazirlər Kabinetinin 2024-cü il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlər siyahısına daxildir.
“Vahid Fəaliyyət Planı”nda “Bakı-Sumqayıt” yeni magistral yolunun 2024-2027-ci illər ərzində tikintisi nəzərdə tutulub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub