2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları qarşılaşacaq.
Mynews.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, matçdan bir gün öncə Bakıya təşrif buyuran Almaniya yığması məşhur otellərdən birində qonaqlayıb. Alman futbolçuları görmək və onlardan imza almaq istəyən azarkeşlər isə otelin qarşısına toplaşıb.
Maraqlısı ondadır ki, Almaniya yığmasını dəstəkləyənlər arasında azərbaycanlılar daha çox olub. Futbolçularla şəkil çəkdirmək istəyən azarkeşlər izdiham yaradıb. Polislər futbolsevərlərin qarşısını almaqda çətinlik çəkib. Alman futbolçu Emre Can imza vermək üçün polisdən yardım istəyib. Daha sonra polisin çiynində imza verən futbolçu yığmanın avtobusuna yollanıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub