Moskva məhkəməsi 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) "Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq, aparılan istintaqla bağlı sənədlərin müsadirə olunmasına icazə verib.
Mynews.az APA-ya istınadən xəbər verir ki, qərar Moskvanın Basmannı məhkəməsi tərəfindən 2025-ci ilin yanvarında müstəntiqin prokuror tərəfindən dəstəklənən vəsatətinə baxılaraq qəbul edilib
Məhkəmə sənədləri göstərir ki, qəza ilə bağlı cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır.
Qərar qüvvəyə minib və Rusiyanın cənubunda iki ünvanda sənədlərin müsadirə olunmasını nəzərdə tutur.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarə 2024-cü il dekabrın 25-i səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub