Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin səhhətində problem yaranıb. Onun onurğa sütununda problemlərin olduğu, yeriyə bilmədiyi qeyd edilib. Şeyx bu gün bayram namazına da qatılmayıb.
Mynews.az xəbər verir ki, Manset.az Şeyxin səhhəti ilə bağlı onun qardaşı Milli Məclisinin deputatı Cavanşir Paşazadə ilə əlaqə saxlayıb.
C. Paşazadə Manset.az-a sərt açıqlama verərək, bayram günündə Şeyxlə bağlı xəbərə görə onun niyə narahat edildiyini bildirib.
"Mənim bayramımı təbrik etmək üçün zəng vurmusunuz, yoxsa, məni əsəbləşdirmək üçün? Bayram günündə niyə zəng edib, mənə belə suallar verirsiniz? Gedin işinizlə məşğul olun!"-deyə Cavanşir Paşazadə bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub