İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 213 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.
Qeyd edək ki, yaşayış sahələri çoxmənzilli bina kompleksində yerləşir və yüksək keyfiyyətli tikinti materialları ilə müasir dizaynda təmir edilib. Mənzillər elektrik enerjisi, qaz və su ilə tam təchiz olunub. Kompleks geniş həyətyanı sahəyə və yeraltı qaraja malikdir. Həyətyanı sahədə sakinlərin istirahəti üçün şərait yaradılıb, müxtəlif idman qurğuları, uşaq oyun meydançası quraşdırılıb. Ərazidə uşaq bağçası və məktəb mövcuddur. Metronun “Dərnəgül” stansiyasından 50 metrlik məsafədə yerləşən kompleksin yaxınlığında həmçinin avtobus dayanacağı və digər zəruri infrastruktur mövcuddur.
Yeni mənzillər vətəndaşların seçimi üçün 08 aprel 2025-ci ildən etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub