"Pensiya müavinətdən həmişə yüksək olub. Çünki vətəndaş vaxtilə işləyib gəlirlərindən sığorta haqqı ödəyir və gələcəkdə də həmin sığorta haqqının müqabilində pensiya ilə təmin olunur. Əgər Dövlət Sosial Müdafiə Fonduna heç bir töhfə verməyib, yəni sığorta haqqı ödəməyib və yaxud da az müddət ərzində işləyibsə həmin şəxslərin pensiya hüququ yaranmadıqda, onlara sosial yardım məqsədilə müavinət verilir".
Mynews.az xəbər verir ki, bunu İTV-yə açıqlamasında DSMF-nin Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov.
Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamına əsasən müavinətlərin məbləğinə yenidən baxılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib:
"Üç ay müddət verilib. Srtıq üç ay tamam oldu. Yəqin ki, aprel ayından həmin məbləğə yenidən baxılıb, müavinətlər və təqaüdlərin də artırılması gözlənilir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub