"Çox vaxt oğlan evi gələndə demək lazımdır ki, gedək qızılı birlikdə alaq. Vəssəlam, çünki bu, biabırçılıqdır. Biz nə vaxt belə olduq? Mən anlamıram. Bu adamlar bizim cəmiyyətə nə vaxt gəldi? Necə oldu? Azərbaycanda heç vaxt belə olmayıb".
Mynews.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişində deyib. O, toydan sonra qızılları gəlindən alaraq qaytaran və ya satan ailələrdən danışıb:
"Qızın qulağına zinət əşyasını taxırlar və ərə gedəndən 1 həftə sonra gəlib qızılı barmağından, qulağından çıxarırlar ki, aparıram qaytarım və ya satım. Heç kimin xətrinə dəyməsin. Amma bu adətən tezbazar toy edən ailələrdə olur. Gəlirlər və deyirlər ki, bir aydan sonra toy edək. Söhbət hamıdan getmir. Amma əksər hallarda görürük ki, altından nəsə çıxır. Amma bir az çox nişanlı qalanda insan ailəni də tanıyır və bilir ki, imkanları nəyə qadirdir. Və şərin yarısından da qayıtmaq bir xeyirdir" (axşam.az).
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub