Son zamanlar bəzi mağazalarda POS-terminal cihazları mövcud olsa da, müştərilərdən ödənişi “card to card” yolu ilə, yəni birbaşa kartdan karta pul köçürmə şəklində etmələri tələb olunur. Bu halda həm alıcılar çek ala bilmirlər deyə narazı qalırlar. Bundan əlavə POS-terminalla ödənişin olmaması şəffaflıq baxımından suallar doğurur. Bəs bunun cəriməsi nədir? Ümumiyyətlə, hansı mağazalarda posterminal məcburidir?
Mynews.az Metbuat.az-a istinadla xəbər verir ki, Hüquqşünas Əkrəm Həsənov açıqlamasında bildirib ki, illik dövriyyəsi 200 min manatı ötən sahibkarlar, yəni ƏDV ödəyiciləri üçün POS-terminalın olması mütləqdir:
“Lakin hər bir halda, əgər POS-terminal yoxdursa belə, alıcı ödənişi nağd şəkildə də edə bilər. Sadəcə burada vacib məsələ odur ki, ödəniş kartla edilirsə, bu zaman onun sahibkar hesabına yönəldilməlidir. Əgər ödəniş sahibkarın və ya satıcının şəxsi kartına edilirsə, bu, artıq vergidən yayınma halı hesab olunur”.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub