Ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Mynews.az-a Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə "Son zəng"lə bağlı hər hansı təlimat göndərilməyib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə "Son zəng" tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərildiyi haqda xəbərlər yayılıb. Xəbərlərə əsasən, təlimatda qeyd olunub ki, bu il keçiriləcək "Son zəng" tədbirində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli formasında olmalı, səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməli, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub