Son zamanlar ölkədə avtomobil qəzalarının sayı artır. Sürücülərin öz sağlamlıq vəziyyətlərinə ciddi yanaşmamasının hansı təhlükəli nəticələrə yol açdığı hər birimizə bir daha bəlli oldu.
Məlumdur ki, nəqliyyat vasitəsini idarə etmək yalnız texniki bilik və təcrübə ilə kifayətlənmir — bunun üçün həm də sürücünün fiziki və psixoloji cəhətdən tam sağlam olması zəruridir. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tibbi göstəricilər əsasında bəzi hallarda vətəndaşlara sürücülük vəsiqəsi verilməsi mümkünsüz hesab olunur.
Bəs, hansı xəstəliklərə və tibbi göstəricilərə sahib şəxslərə sürücülük vəsiqəsi verilmir?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov danışıb.
“Səhiyyə Nazirliyi tərəfindən xüsusi qaydada tərtib olunmuş göstəricilərə aiddir:
psixi və davranış pozuntuları, sinir sisteminin xəstəlikləri, gözün və onun əlavə aparatının xəstəlikləri, tənəffüs, diabet, kəskin, böyrək çatışmamazlıqları, narkoloji durum və sair.
Bu xəstəliklər olduqda şəxslərə sürücülük vəsiqəsi verilmir. Vəsiqə almaq istəyən şəxslər - xüsusilə hər gün daha çox vətəndaşla çalışan taksi, avtobus sürücüləri müəyyən forma və normativlərə əməl etməlidirlər. Onlar mütləq qaydada tibbi yoxlanışdan keçməlidirlər”, - deyə o vurğulayıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub