Bu gün isitfadəyə verilən paytaxtın Yusif Səfərov küçəsində avtobus zolağı salınıb. Xezerxeber.az-ın məlumatına görə, bu zolaqda hərkət edən digər sürücüləri cərimə gözləyir. Eyni zamanda təmir işləri aparılan yolda hərkət istiqamətləri də dəyişdirilib.
5 zolaqlı avtomobil yolunun bir zolaqı avtobuslar üçün ayrılıb. Həmin zolaqda yerə BUS sözləri yazılıb və ayrıcı zolağın hər iki tərəfinə qırıq-qırıq xətlər çəkilib ki, yalnız həmin ərazilərdən bu zolağa girmək və çıxmaq olar. Söhbət bu gün sürücülərin istifadəsinə verilən Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə hərəkət edən hissəsindəndir.
Bu zolaqdan düzgün istifadə etməyən minik avtomobili və avtobus sürücülərini də cərimə gözləyir.
Yolda edilən digər dəyişikliyə görə. əvvəllər Neftçilər prospektindən Yusif Səfərov küçəsində dönən sürücülər sola, yəni Cavanşir körpüsünə qalxa bilirdilərsə, artıq bu, qadağan edilib. Bu sürücülər yalnız Bakı şəhər Baş Polis İdarəsinin qarşısındakı geriyə dönmə yerindən dönərək körpüyə qalxa biləcəklər. Eyni zamanda yolda üzü Bulvar istiqamətinə hərəkət edən sürücülər üçün də Xətai heykəlinin arxasından geriyə dönmə hissəsi açılıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub