Azərbaycanda gənclərin bir hissəsi sağlamlıq problemləri və ya digər səbəblərlə bağlı hərbi xidmətə gedə bilmir. Bu hal isə bəzi hallarda onların karyera imkanlarını məhdudlaşdırır.
Bəs hərbi xidmətə getməyənlər hansı vəzifələrdə çalışa bilməzlər?
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı Metbuat.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hərbi xidmətin tələb olunub-olunmaması çalışmaq istənilən qurumun vəzifə tələblərindən asılıdır:
“Məsələn, mühafizə xidmətlərində – xüsusilə silahlı mühafizə sahəsində – təhlükəsizlik və nizam-intizam baxımından hərbi xidmət keçmiş şəxslərə üstünlük verilir. Eyni zamanda, dövlət qurumlarının bəzi sahələri – hüquq-mühafizə orqanları hərbi xidməti məcburi şərt kimi irəli sürür”, – deyə ekspert qeyd edib.
Beləliklə, hərbi xidmətə getməyən şəxslər üçün bəzi vəzifələrdə məhdudiyyətlər mövcuddur. Müraciət etməzdən əvvəl işin spesifikasiyasını və tələblərini diqqətlə öyrənmək tövsiyə olunur.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub