Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. Yəni qazdan istifadəyə görə limit tətbiq edilir, qoyulan həddi aşdıqda qazdan istifadəyə görə ödənişin miqdarı dəyişir.
Tarif Şurasının qərarına əsasən, bu ilin yanvarından etibarən əhali qrupu üçün təbii qazın illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, 1200-2500 kubmetrə görə 22 qəpik, 2500 kubmetrdən çox olduqda isə hər kubmetrə görə 30 qəpik ödənilir.
Qərarı şərh edən iqtisadçılar qısa müddət ərzində həmin limiti aşmağın mümkün olduğunu bildiriblər.
Qış aylarında mənzillərini təbii qazla isidənlər aşağı qaz limitini keçdikləri üçün istifadə etdikləri təbii qazın pulunu digər tariflərlə, yəni hər kubmetrə görə 12,5 yox, 22 və ya 30 qəpik ödəyirlər.
Bildiyimiz kimi, aprel ayında hava əsasən qeyri-sabit keçib. Hətta aprelin 15-də ölkənin bir neçə şəhərində istilik mövsümü bitməli olduğu halda “Azəristiliktəchizat” ASC bu müddəti hava şəraiti ilə əlaqədar bir neçə gün uzatdı.
Bütün bunlar abonentlərin qaz istehlakına necə təsir edib? Bu ilin ilk 3 ayı ərzində nə qədər abonent aşağı qaz istifadəsi limitini keçib?
Mynews.az Bizim.media-ya istinadən xəbər verir ki, 3 ay ərzində abonentlərin 78 faizdən çoxu qaz limitini keçməyib:
“2025-ci ilin yanvar-mart ayları ərzində əhali sektoru üzrə 2 milyon 50 min 624 abonent, yəni abonentlərin 78,1 faizi qazdan limit daxilində istifadə edib”.
Bu isə o deməkdir ki, abonentlərin 21,9 faizi aşağı qaz limitini aşıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub