Aprelin 8-də səlahiyyət müddəti başa çatan Xanlar Vəliyev Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Azərbaycanın hərbi prokuroru vəzifəsinə isə hələ ki yeni təyinat olmayıb.
Mynews.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə hərbi prokuror vəzifəsinə təyinat həyata keçiriləcək.
Məlumatda qeyd edilir ki, mayın 1-də Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru kimi səlahiyyət müddətinin daha 5 il artırılmasının ardınca hərbi prokuror vəzifəsinə təyinat məsələsi də həllini tapacaq.
Məsələ burasındadır ki, yeni hərbi prokurorun təqdimatını Baş prokuror etməlidir. Xanlar Vəliyevin təqaüdə göndərilməsi Baş prokuror Kamran Əliyevin 5 illik səlahiyyət müəddətinin sonuna təsadüf etdiyindən yeni hərbi prokurorun təyinatı da gecikirdi.
Bu gün - mayın 1-də Milli Məclis Prezident İlham Əliyevin təqdimatına baxaraq, Kamran Əliyevin daha 5 il Baş prokuror işləməsinə razılıq verdi. İndi isə növbə Kamran Əliyevdədir, o, hərbi prokuror vəzifəsinə namizəd irəli sürməli və onun adını ölkə başçısına təqdim etməlidir.
Qeyd edək ki, Konstitusiyanın 133-cü maddəsinin IV bəndinə əsasən, Baş prokurorun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorları Baş prokurorun təqdimatı ilə Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Hazırda hərbi prokurorun 3 müavini fəaliyyət göstərsə də, onlardan heç biri hərbi prokurorun səlahiyyətlətini icra etmir.
Hərbi prokurorun müavinləri bunlardır: ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov və ədliyyə polkovniki Mehdi Hüseynzadədir.
Onlar hazırda yalnız müavin vəzifəsinin icrasını həyata keçirirlər.
Hərbi prokurorun səlahiyyətlərinin müavinlərin heç birinə həvalə olunmaması belə deməyə əsas verir ki, hərbi prokuror vəzifəsinə təyinat tezliklə gerçəkləşəcək.
Bəs Azərbaycanın yeni hərbi prokuroru kim olacaq? Yəqin ki, bu sualın cavabını yaxın günlərdə səlahiyyət müddəti daha 5 il uzadılan Baş prokuror Kamran Əliyev açıqlayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub