Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.
Mynews.az qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur polkovnik 3 il 3 ay həbs müddətinin yarıdan çoxunu çəkdiyindən cəzasının qalan 8 ayının şərti hesab olunmasını xahiş edib.
Bu məqsədlə o, Xəzər Rayon Məhkəməsinə müraciət edib.
Lakin məhkəmə qərarını elan etmədən Mirzəyev ərizəsini geri götürüb. Onun ərizəyə dəyişiklik etmək və ya cəza növünün dəyişdirilməsi üçün digər şərtləri ödəmədiyi səbəbindən bu addımı atdığı ehtimal olunur.
Qeyd edək ki, Zaur Mirzəyev Ali Məhkəmənin yekun qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin iş üzrə videolarda yer alan qadınlardan birinə 4 min manat təzminat ödənilməsi barədə qərar isə qüvvədə saxlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub