Bakının Xətai rayonundakı mövcud "Sevgililər Parkı"nın ərazisi genişləndiriləcək.
Mynews.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat verib. Məlumata görə, parkın davamının dizayn layihəsi, konsept layihəsi hazırlanaraq təsdiq ediləcək.
Bundan əlavə, layihədə parkın davamının şəhərsalma əsaslandırılması, baş planı, memarlığı, elektrik təchizatı, yanğın siqnalizasiya, videomüşahidə və su və kanalizasiya sistemi, eləcə də parkın işıqlanması, parkda Wi-Fi sistemi və s. məsələlər öz əksini tapacaq. Bundan başqa, paytaxtda 5 ha ərazidə yeni salınacaq parkın da layihəsi hazırlanacaq.
Həmçinin Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işləri aparılacaq.
Bildirilib ki, hazırda bununla layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.
BŞİH layihələrin hazırlanmasını "Az.Arxitektura" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, layihələrin hazırlanması 3 milyon manata başa gələcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub