2025-ci ilin birinci rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 faiz təşkil edib. Bu, ötən ilin sonundakı göstəricidən 2 faiz yüksəkdir.
Mynews.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, nağd satışlar xeyli azalıb və vətəndaşlar avtomobilləri daha çox kreditlə almağa üstünlük verirlər.
Bu dəyişiklik həmçinin taksi xidmətlərinin yenilənməsinə də təsir göstərir. Lakin kredit faizlərinin artması, yeni avtomobillərə olan tələbatı azalda bilər. Əgər ötən il ərzində banklar avtomobil kreditlərində ilkin ödənişi hibrid avtomobilləri üçün 20 faizdən qəbul edirdilərsə və illik faizlər təxminən 10 faizdən başlayırdısa, 2025-ci ilin əvvəlində bu rəqəm 12 faizə yüksəlib.
Eldəniz Cəfərov qeyd edib ki, yeni avtomobil almaq daha əlçatan olmayacaqsa və kredit şərtləri çətinləşirsə, bu, köhnə avtomobillərə tələbin artmasına səbəb ola bilər. Ekspertin sözlərinə görə, bank faizlərinin 2 faiz artımı ilə iş bitmir. Çünki alıcılar avtomobil kreditləri üçün müraciət etdikdə, bankların tələb etdiyi şərtlər də çətinləşib.
Yeni avtomobillərə olan tələbin azaldığı halda, köhnə avtomobillərə tələbin artması gözlənilir. Bu da öz növbəsində, köhnə avtomobillərin bazardakı qiymətlərinin müəyyən bir faizlə yüksəlməsinə səbəb ola bilər.
Ekspertin sözlərinə görə, 2 faizlik artım ilk baxışda kiçik görünə bilər, amma bazarda ciddi təsir yaratmaq potensialına malikdir.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub