İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb.
Mynews.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, hazırda ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələri, anesteziya və digərləri xidmətlər zərfi çərçivəsində qarşılanır.
“Resept əsasında ürək, sonra tənəffüs yolu xəstəlikləri üzrə dərmanların tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur”, – Zaur Əliyev vurğulayıb.
O bildirib ki, hazırda xidmətlər zərfi çərçivəsində ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələrinin, anesteziya xidmətinin və s. İTS tərəfindən qarşılanması üzrə işlər görülür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub