Bu gün Azərbaycanda yeganə olan Bakı Funikulyorunun 65 yaşı tamam olur. Funikulyor 5 may 1960-cı ildə istifadəyə verilib. O tanınmış dövlət xadimi, Əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. SSRİ dövründə xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib.
Funikulyorun 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Bu nəqliyyat vasitəsi saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malikdir.
Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib ki, Bakı Funikulyorunun 65 illiyi münasibətilə bu gün saat 17:00-a qədər xidmətdən istifadə ödənişsiz olacaq.
Qeyd edək ki, Funikulyordan ödəniş məbləği hər istiqamət üzrə 1 manat təşkil edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub