Deputat Fazil Mustafa dəvət olunduğu tədbirdə təşkilatçının məsuliyyətsizliyindən şikayətlənib.
Mynews.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
Millət vəkili bildirib ki, heç yerdə status və ya protokol kaprizi etmir. Lakin təşkilatçılar bunu maraqlanmalıdır:
"Dönə-dönə xahiş edib bir tədbirə çağırıblar. Protokolun birincı sıralamasına baxıram bütün adlar və soyadlar yazılıb, bəndənizinki, yox. İkinci sıralamada da görmürəm. Təşkilatçılardan soruşuram ki, harada əyləşməyim nəzərdə tutulub. Arxa cərgədəki sıralara göz gəzdirib nəzakətlə deyir ki, orada 6-cı cərgədə boş yer var, otura bilərsiniz. Əlbəttə, sadəcə söyləyəndə ki, ən sonuncu cərgədə yer nəzərdə tutulub, adətən sakitcə keçib əyləşirəm. Bəlkə də həyatda ən sevmədiyim haldır ki, rəsmi tədbirdə insanı kimdənsə boşalmış yerə yönləndirirlər. Bir neçə dəfə məclislərdə olur ki, tanımadıqda aparıb qıraq yerdə əyləşdirirlər, sakitcə keçib oturub yeməyə və yaxud proqramla tanışlığa, nəyisə qeyd etməyə başlayan kimi bir neçə nəfər təlaşla yaxınlaşır ki, bəs ön cərgədə və ya ön masada yer boşaldı, xahiş edirik o boş yerə keçin. Gülümsəyərək deyirəm ki, mən bu dünyaya boş yer doldurmaq üçün gəlməmişəm, oturduğum yer ən axırıncı cərgədə də olsa, mənim dəyər qazandıracağım yerdir.
Əlbəttə, heç yerdə status və ya protokol kaprizi etmərəm, ancaq rəsmi şəxs kimi dəvət olunduğum məkanda ən azı bunu sorğulamaq məqsədəuyğundur. Bu məqamda bir söz söyləyirəm və özümə də xoş gəldiyi üçün burada yazıram: Gözəl qardaşım, mən boş yerləri doldurmaq üçün doğulmamışam, boş beyinlər doldurmaq üçün bu dünyada varam. Gözləyin, indi boş yerləri doldurmağa uyğun adamlar gələcək, yerləşdirərsiniz. Sakitcə, gülümsəyərək başlamadan tədbiri tərk edirəm".
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub