Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının yekun nəticələrinə əsasən ilk dəfə olaraq 2024/2025-ci ilin məzunları arasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülmüş 3 nəfər, 200-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmiş 21 nəfər kursantının təltif olunmasına həsr edilmiş tədbir keçirilib.
Mynews.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Sərhəd Xidməti rəisi cənab general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən imtahanlarda yüksək nəticə göstərmiş kursantlar və məktəbin pedaqoji heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Çıxış edənlər kursantların əldə etdiyi uğurlar barədə ətraflı məlumat vermiş, onları təbrik edərək gələcək təhsillərində daha yüksək nailiyyətlər qazanmalarını arzulayıb.
Tədbirdə iştirak edən məzunların valideynləri Xüsusi Məktəbdə yaradılmış müasir təhsil, təlim və sosial-məişət şəraitinə görə Heydər Əliyev Fonduna və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub