Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma qeydə alınıb.
Mynews.az xəbər verir ki, bununla bağlı açıqlama verən sosioloq Üzeyir Şəfiyev uzun illərdən sonra nikah sayında qeydə alınan artımı qohum evliliyinə qoyulan qadağa ilə əlaqələndirib.
Çünki Azərbaycanda qohumlar arasında nikah bağlanması 2 ay sonra qadağan olunur. Nikahların qısa müddətdə artmasında bu qadağanın da təsirinin olduğu iddia edilir.
Millət vəkili Mehriban Vəliyeva isə bildirib ki, bu artımın qohum evlilikləri ilə bağlı olub-olmadığını qadağa qüvvəyə mindikdən sonra daha aydın bilmək mümkün olacaq. Əgər buna görədirsə, qadağa qüvvəyə mindikdən sonra nikah sayında azalma baş verəcək.
Qeyd edək ki, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib. Qadağa iyulun 1-dən qüvvəyə minəcək.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub