Xəbər verdiyev kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA rəhbəri Anar Rzayevin qardaşı İlqar Rzayevə məxsus "Van der Val Intl. Transport Bakı” şirkətinə edilən lisenziya "güzəştləri” barədə saytımızda yayımlanan yazıya münasibət bildirib.
AYNA-dan informasiya sorğumuza cavab olaraq sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb.
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin elektron hesabında "Van Der Val Internəşnl Transport, Baki” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində araşdırma aparıb.
Məlum olub ki, şirkət aktiv vergilər ödəyicisi siyahısına daxildir.
Nizamnamə kapitalı 750 min dollar olan şirkətin hazırda qanuni təmsilçisi Anar Rzayevin yaxın adamı sayılan Həsənov Emin Cəlil oğludur.

MMC-nin qanuni təmsilçisi dəyişsə də, əvvəlki kimi şirkətin hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Sumqayit Şossesi, Ev 4 ünvanı göstərilir.
Ehtimal edilir ki, şirkətə məxsus 100-ə yaxın yük avtomobilləri başqa bir adla fəaliyyətini davam etdirir.
Yaxın günlərdə bu istimqamətdə geniş araşdırmamız oxuculara təqdim olunacaq.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub