Koronovirusa yoluxan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müalicəsi davam edir. Xatırladaq ki, bir neçə gün öncə Bakıda keçirilən “Caspian Agro” sərgisində iştirak etmək üçün COVID-19 testi verən Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun testinin nəticəsi müsbət çıxmışdı. Ona görə də nazir sərgidə iştirak edə bilməmişdi.
Mynews.az Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun hazırda harada müalicə olunması, sağlamlıq vəziyyətini necə olması barədə araşdırma aparıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, nazirin səhhətində narahatlıq üçün əsas yoxdur:

“Cənab nazirin sağlamlıq durumu normaldır. Karantin qaydalarına uyğun olaraq bir həftəlik təcrid müddəti başa çatdıqdan sonra koronavirusla bağlı növbəti test götürüləcək”.
Nazirin hansı tibb müəssisəsində müalicə aldığı və pozitiv nəticə əldə olunmazdan əvvəl sonuncu COVID testini zaman verməsi barədə məlumat əldə etmək mümkün olmadı.
Liv Bona Dea Hospitalından nazirin adı çəkilən müəssisədə müalicə olunması barədə xəbəri inkar etdilər. Gömrük Hospitalı və Mərkəzi Klinikdən isə məsələyə münasibət bildirməyiblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub