"2009-cu il tarixli Prezident Fərmanının icrası çərçivəsində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər 5 ildə bir dəfə sertifikasiyaya cəlb olunurlar".
Mynews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, 2024-cü ildə 18 min 502 tibb işçisi sertifikasiya imtahanında iştirak edib. 2025-ci ilin əvvəlinə ölkədə ümumilikdə 92 min 896 tibb işçisi fəaliyyət göstərir. Onlardan 35 min 233 nəfəri həkim, 57 min 663 nəfəri isə orta tibb işçiləridir.
"Bu ilin ilk dörd ayında isə 5 min 498 nəfər imtahanlara qatılıb və onların 91%-i ilk cəhddə müvəffəqiyyət qazanıb. Birinci cəhddə uğursuz olanların 95%-i ikinci imtahandan uğurla keçib".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub