Şəkidə yeni şəlalə qeydə alınıb.
Mynews.az xəbər verir ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 5 - 6 may tarixlərində Şəkinin Şin kəndindən təxminən 7-8 km şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş (Salavat aşırımı ilə Böyük Qoruq dağları arası ərazi) qolu və eyni adlı dərədə ekoloji monitorinq işləri aparılıb.
E.Qarayev Böyük Qoruq dağının şimal yamacında baş verən səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1290 metr hündürlükdə yerləşən və koordinatları 41°23′24″ N, 47°10′51″ E olan yeni şəlalə qeydə aldığını söyləyib.
Qeyd edib ki, hündürlüyü 18 metr, eni 1.05 metr olan şəlalənin ətrafı boz qayalıq relyef olduğu üçün şəlaləyə Elvin Qarayev tərəfindən “Boz qaya şəlaləsi” adı verilib.
Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayev vurğulayıb ki, şəlaləyə gedən yol çay yatağı boyu kanyonvari dərədən keçir, ətraf ərazilər zəngin meşə landşaftı ilə əhatə olunub. Bundan başqa sözügedən şəlalənin suyundan nümunə götürülərək Şəki REM-də laborator şəraitdə yoxlamalar aparıldığını və tərkibində 18,9° C temperaturda 8.36 pH olduğunun müəyyənləşdirildiyini bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub