Rayonlarda bankomatların sayının məhdud olması vətəndaşlar üçün ciddi çətinlik yaradır. Fərqli bankın ATM-indən vəsait çıxarmaq isə əlavə komissiya xərclərinə gətirib çıxarır. Bu vəziyyət xüsusilə maaş və pensiya ilə dolanan şəxslərin narazılığına səbəb olur.
Komissiyaların ləğvi və ya azaldılması mümkündürmü? Bu, bank sektoruna necə təsir edər?
Mynews.az saytının verdiyi məlumata görə, Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, bankomatların sayının az olması bankların gəlir və xərcindən asılıdır:
“Adətən bankomatları müştərinin çox olduğu ərazilərdə yerləşdirirlər. Əsasən, böyük bankların ATM-ləri bölgələrdə fəaliyyət göstərir. Bununla bağlı dəfələrlə təkliflər vermişəm. Məsələn, “Azərpoçt” həm də maliyyə xidmətləri həyata keçirir. Yəni qurumun səlahiyyətləri xüsusilə, kreditlərin verilməsi istiqamətində genişləndirilməlidir. “Azərpoçt” pul qəbul edir, köçürür, amma kredit verə bilmir. Bunu kiçik məbləğlərlə təmin etmək, həm də qurumun gəlirlərini artırar. Lakin belə addım banklar üçün ciddi rəqabət deməkdir”.
İqtisadçı bildirib ki, dövlət komissiya tariflərinə müdaxilə edə bilmir və bu, banklar tərəfindən tənzimlənir.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub