Azərbaycanda vərəsəlik hüququ ilə bağlı illərdir mövcud olan tələb faktiki olaraq ləğv edilir. Bu dəyişiklik Mülki Məcəlləyə təklif edilən layihədə əksini tapıb.
Hüquqşünas Asim Mirzəzadə Mynews.az-a açıqlamasında bildirib ki, qeyd olunan yenilik Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına əsaslanır. Həmin qərarda Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələri birgə şərh olunub və nəticədə vərəsələrin mirasa iddia etməsi üçün qoyulmuş vaxt məhdudiyyəti aradan qalxıb.
"Əvvəllər vərəsə 6 ay müddətində notariusa müraciət etməsə, onun mirasdan pay almaq hüququ itə bilərdi. İndi isə bu məhdudiyyət aradan qalxıb və vərəsələr istənilən vaxt mirasla bağlı müraciət edə bilərlər”, – hüquqşünas bildirib.
A.Mirzəzadə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin alınması üçün vərəsələrin şəxsiyyət vəsiqələri, vəfat edən kəsin ölüm haqqında şəhadətnaməsi, ailə tərkibi haqqında arayış, miras əmlaka dair sənədlər tələb olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub