Yay mövsümü bir çox işçilər üçün istirahət dövrü hesab olunur. Bu aylarda əmək qanunvericiliyinə əsasən işçilərin illik məzuniyyət hüququndan istifadə etməsi daha geniş yayılıb. Bəs məzuniyyətə çıxanların ödənişi necə hesablanır?
Mynews.az xəbər verir ki, Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, əmək məzuniyyətinə çıxan işçiyə veriləcək məzuniyyət haqqı onun son 12 təqvim ayı ərzində qazandığı əmək haqqının orta aylıq məbləği əsasında hesablanır.
Belə ki, son 12 ayda əldə edilən ümumi əmək haqqı toplanır və 12-yə bölünərək orta aylıq əmək haqqı müəyyən olunur. Alınan rəqəm 30.4-ə bölünərək bir günlük əmək haqqı hesablanır. Nəticədə bir günlük əmək haqqı işçinin məzuniyyət günlərinin sayı ilə vurularaq ümumi məzuniyyət haqqı əldə edilir.
Qeyd edək ki, məzuniyyət günləri təqvim günləri əsasında hesablanır və bayram günləri bu müddətə daxil edilmir. Əmək Məcəlləsinin 114.6-cı maddəsinə əsasən, bayram günləri məzuniyyətin müddətinə əlavə edilir, lakin bu günlər üçün əmək haqqı hesablanmır.
Əmək Məcəlləsinin 135-ci maddəsinə görə işçiyə məzuniyyət verilməməsi qadağandır. Məzuniyyət hissələrə bölünə bilər, amma hissələrdən biri ən azı 14 təqvim günü olmalıdır. İstifadə olunmamış məzuniyyət üçün isə kompensasiya ödənilməlidir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub