Gürcüstan mətbuatının yaydığı məlumata görə, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması may ayının sonunda – Gürcüstanın Müstəqillik Günü (26 may) və Azərbaycanın Respublika Günü (28 may) münasibətilə bərpa olunmalıdır.
Məlumatda qeyd edilirdi ki, ilk qatar Gürcüstanın Müstəqillik Günü – 26 Mayda və Azərbaycanın Respublika Günü – 28 Mayda hərəkətə başlayacaq.
Yayılmış məlumata əsasən, "Gürcüstan Dəmir Yolları” öz növbəsində birtərəfli biletin qiymətini müəyyən edib və tarif cədvəlini azərbaycanlı tərəfdaşlarına göndərib.
Bu mərhələdə Gürcüstan kupe biletlərini 50 lariyə (30.97 manat), yataq tipli vaqon biletlərini isə 70 lariyə (43.35 manat) satmağı Azərbaycana təklif edir.
Mynews.az xəbər verir ki, yayılan xəbərlə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev azxeber.com-a açıqlama verib.
Qurumun rəsmisinin sözlərinə görə, bu xəbərlər həqiqəti əks etdirmir:
"Yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə informasiyaları Azərbaycan tərəfindən, dövlət qurumları ilə dəqiqləşdirmək lazımdır. 2020-ci ildən etibarən quru sərhədlər bağlı olduğuna görə, Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı qərarı çərçivəsində beynəlxalq istiqamətlərdə qatarla sərnişin daşınması dayandırılıb. Dəmir yolu ilə sərnişindaşımanın bərpası ilə bağlı hər hansı bir yenilik yoxdur".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub