Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini və katiblərinə diplomatik pasport verilə bilər.
Mynews.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O deyib ki, ötən iclasda həmkarı Fazil Mustafa MSK-nın sədr müavinini və katiblərinə diplomatik pasport verilməsini təklif edib.
Əli Hüseynli qeyd edib ki, bu təklif əsaslandırılıb: “Bunu qanunvericilik təşəbbüsü qurumu ilə məsləhətləşəcəyik".
Qeyd edək ki, ötən plenar iclasda parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa MSK-nın sədr müavini və katiblərinə diplomatik pasport verilməsini təklif edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub