İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də, yəni iyunun 6, 7, və 8-i qurban kəsə bilərlər.
Mynews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib
Sədr müavini bildirib ki, hər il olduğu kimi bu il də bütün məscidlərimizdə Qurban bayramının namazı qılınacaq.
"Bayram namazı elan olunan əsas, birinci gündə, yəni iyunun 6-da qılınacaq. Hər bir məscid icmasının rəhbərliyi və imamı məscidə gələn camaatı nəzərə alaraq namaz vaxtını saat 8 və ya 9-a təyin edə bilər. Yəni saat 8-də də, 9-da da namaz qılına bilər. Camaatın gəlişi ilə əlaqədar bu məsələ tənzimlənə bilər. Məscid icması özü bu məsələdə azaddır. Rayonların çoxunda bəzi məscidlərdə saat 8-də, bəzilərində isə 9-da qılınır. Bakı və şəhərətrafı kəndlərin əksər məscidlərində saat 9-da qılınır. Bəzi məscidlərdə - məsələn Göy məscid, Heydər məscidində namaz saat 8-də qılınacaq, lakin insanların gəlişi ilə əlaqədar saat 9-da da qılına bilər. Məscid icması bu məsələ ixtiyar sahibidir", - deyə F.Nurullayev qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq iyunun 9-u qeyri-iş günü olacaq. Həmçinin, iyunun 8-i bazar gününə təsadüf etdiyindən ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub