Yay mövsümünün gəlməsi ilə paytaxtda taksilərdə kondisioner problemi yenidən aktuallaşıb. İstiliklərin artması sərnişinlər və sürücülər arasında mübahisələrə səbəb olub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə kondisioner qoşulması ilə bağlı müzakirələr aparılır.
Mynews.az xəbər verir ki, sərnişinlərin taksi xidməti zamanı üzləşdikləri müxtəlif problemlərlə, o cümlədən kondisionerin işlədilməsinə görə əlavə ödəniş tələb edilməsi halları ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Modern.az AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Mətbuat Xidməti ilə əlaqə saxlayıb.
Rəsmi qurumdan verilən məlumata əsasə, yaşanan problemlə bağlı sərnişinlər AYNA-nın "141" Çağrı Mərkəzinə və ya qurumun rəsmi sosial şəbəkə hesablarına müraciət etmələri xahiş olunur. Həmçinin bildirilib ki, müraciət zamanı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının qeyd edilməsi vacibdir.
"AYNA tərəfindən daxil olan şikayətlər araşdırılır və xidmət keyfiyyətini aşağı salan, qanunsuz halların qarşısının alınması üçün müvafiq tədbirlər görülür. "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən, müəyyən olunmuş tələblərə əməl etməyən sürücülərin icazələri isə qanunvericiliyə uyğun şəkildə ləğv olunur, -deyə qurumdan əlavə edilib".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub