Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb.
Mynews.az xəbər verir ki, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib.
Araşdırmalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə həyata keçirilib.
May ayından etibarən aparılan müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil kimi çimərlik əraziləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.
Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.
Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur. Monitorinq nəticələri əsasında “Su Məcəlləsi”nin 42-ci maddəsinə uyğun olaraq, Dövlət Su Ehtiyatları Agentliyinə çimərliklərdən istifadənin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlərin görülməsi üçün rəsmi müraciət hazırlanır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə monitorinqlər davam etdirilir.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub