"Bələdiyyə sənədi adlı bir sənəd yoxdur. Yəni belə bir sənəd yoxdur. Əgər torpaq sahəsi bələdiyyənin mülkiyyətindədirsə, 2007-ci ilə qədər olanlar belə hansısa formada satılıbsa, bununla bağlı müvafiq qaydada reyestr və ya qeydiyyat aparılıb".
Bu sözləri Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
Onun sözlərinə görə, qeydiyyatı aparılmayan torpaq sahələrinin arxasında qaranlıq bir mənfi məqam var:
"Bu mənfi məqam ondan ibartədir ki, bələdiyyə həmin torpağı qeyri-qanuni satıb. Eyni zamanda torpaq sahəsinin satışı ilə bağlı rayon icra hakimiyyətindən rəy alınmayıb. Həmçinin Dövlət Torpaq Komitəsinin müvafiq katastr ayrıc aktı yoxdur. Parallel olaraq Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinə alqı-satqı barədə məlumat təqdim olunmayıb.
Məhz buna görədir ki, qeydiyyat orqanı baxmayaraq ki, torpaqla bağlı 2007-ci ildən qabaq alqı-satqı olub, bir çox hallarda onu qeydə almır. Vətəndaş da bir çox hallarda qeydiyyat sənədini məhkəmə qaydası ilə həyata keçir.
Bəzən vətəndaşların əlində 50 sot ayrılmış torpaq sahəsi olur. Ancaq Azərbaycan qanunvericiliyində bələdiyyələrin 50 sot yaşayış təyinatlı torpaq sahələrini ayırmaq hüququ yoxdur. Bu proses qanunla tənzimlənir".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub