Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan pilotu Aleksandr Kalyaninov və baş bələdçi Hökumə Əliyevanın yaxınları Qazaxıstanın Aktau şəhərinə gedib.
Mynews.az xəbər verir ki, bu barədə Teleqraf-ın yerli bürosuna H.Əliyevanın qardaşı Coşqun Nəsibli məlumat verib.
Onun sözlərinə görə, məqsəd hadisə yerini ziyarət etməkdir:
"Dünən axşam saatlarında Qazaxıstana gəlmişik. Mən, atam və Hökumə xanımın yoldaşı hadisənin baş verdiyi ərazini ziyarət edəcəyik. Bizimlə yanaşı Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova da gəlib. Ziyarət edib bir gün sonra vətənə dönəcəyik".
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub