İşğaldan azad edildikdən sonra Ağdərə rayonunun Suqovuşan kəndində 32 ildən sonra ilk körpə dünyaya gəlib.
Mynews.az xəbər verir ki, Ağdərə rayon Baş Güneypəyə kəndində qeydiyyatda olan, 2005-ci il təvəllüdlü Qurbanzadə Pərvanə İsgəndər qızının dünyaya gətirdiyi uşaq qız övladıdır. Körpəyə Asiya adı verilib.
Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabildir. Cinsi qız, çəkisi 2 kq, 700qr., boyu 49 sm. olan körpənin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, körpənin atası Sirac Qurbanzadə müharibə iştirakçısıdır. O, 44 günlük Vətən müharibəsində Suqovuşan və Talış istiqamətdə gedən ağır döyüşlərdə iştirak edib.
Qurbanzadə ailəsi bir müddət öncə Suqovuşan kəndində yaşayan yaxın qohumları evinə qonaq gəliblər. Körpə də həmin vaxt dünyaya gəlib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub