Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.
Mynews.az xəbər verir ki, bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O deyib ki, 100-ə yaxın ekspertiza təyin edilib və təhqiqatlar davam etdirilir.
“Bu yaxınlarda Azərbaycandan olan ekspertiza nümayəndələri Qazaxıstana ezam olunublar, geniş müzakirələr aparılıb. Ekspertizanın nəticələrinin əldə olunması istiqamətində səylərimiz davam etdirilir”.
O, yaxın zamanda ekspertizanın nətocələrinin açıqlana biləcəyini istisna etməyib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub