Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il Məhərrəm ayının onuncu - Aşura günü iyulun 5-nə təsadüf edir.
Mynews.az xəbər verir ki, Aşura günü ilə əlaqədar respublika ərazisində qanvermə aksiyaları təşkil olunub.
Vətəndaşlar paytaxt Bakıda “Təzə Pir”, “Əjdərbəy”, “Sahib-Əz-Zaman”, “Şah Abbas”, “Qaraçuxur”, “İmam Əli”, “İmam Rza” məscidlərində, “Bibiheybət” məscid ziyarətgahında və “Mir Mövsüm Ağa” ziyarətgah kompleksində qan verə bilərlər.
Bölgələrdə isə Şuşa şəhər "Yuxarı Gövhər ağa", Ağdam şəhər "Cümə", Mingəçevir şəhər "Heydər", Sumqayıt şəhər "Cümə", Şəki şəhər "İmam Əli", Masallı şəhər "Cümə", Göyçay şəhər "Əbülfəzlil Abbas", Salyan şəhər Mərkəzi "Hacı Tağı", Naxçıvan şəhər “Heydər”, “Sarvanlar”, “Pirqəmiş” və Şirvan şəhər məscidlərində, Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksində, Bərdə şəhər "İmamzadə" məscid ziyarətgahında, Mərkəzi Qan Bankının Lənkəran və Quba bölmələrində, Masallı rayonunun Boradigah qəsəbə xəstəxanasında, Xaçmaz, Babək, Ordubad, Culfa, Şahbuz, Sədərək, Kəngərli, Şərur Rayon Mərkəzi xəstəxanalarında, Babək rayon Qahab, Cəhri, Nehrəm və Culfa rayon Bənəniyar kənd tibb məntəqələrində qanvermə aksiyaları təşkil edilib.
Qanvermə aksiyaları Aşura mərasiminin dərin mənəvi və humanist ruhunu əks etdirərək, insanlar arasında həmrəyliyin aşılanması, yardımlaşmanın önəmini təşviq etmək məqsədi daşıyır.
Aksiyalar zamanı toplanan qan hemofiliya və talassemiyadan, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, bu il Məhərrəm ayı iyunun 26-da başlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub