Son zamanlar sosial şəbəkələrdə borc verən şəxslərin şəxsiyyət vəsiqəsini girov kimi tələb etməsi barədə paylaşımlar artıb. Əksəriyyət bunun qanunsuz olduğunu vurğulayır və şəxsi azadlıqlara müdaxilə kimi qiymətləndirir.
Qanun bu barədə nə deyir? Vətəndaşlar bu məsələdə hüquqlarını necə qoruya bilər?
Mynews.az xəbər verir ki, "Globalinfo.az"a danışan hüquqşünas Ellada Bayramovanın sözlərinə görə, borc alarkən şəxsiyyət vəsiqəsinin girov olaraq tələb edilməsi geniş yayılsa da, qanunsuzdur:
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunda nəzərdə tutulan müvəqqəti alınma halları istisna olmaqla, şəxsin vəsiqəsi borc yaxud digər məsələlərə görə alına və ya girov götürülə bilməz. Bu sənəd mülki dövriyyə obyekti deyil, yəni onu girov qoymaq, satmaq, dəyişmək və ya başqasının istifadəsinə vermək qanunsuzdur. Belə hərəkət nə hüquqi, nə də etik baxımdan qəbulolunandır".
Hüquqşünas bildirib ki, şəxsiyyət vəsiqəsi vətəndaşdan yalnız müəyyən hallarda tələb oluna bilər:
"Hüquq-mühafizə orqanları yoxlama apardıqda, notariat, məhkəmə orqanları hüquqi əməliyyatlarda iştirak zamanı, bank, maliyyə qurumları və dövlət xidmətləri şəxsiyyəti təsdiq etmək məqsədilə sənədi tələb edə bilər. Belə zamanda da vəsiqə alınıb saxlanıla bilməz, yalnız təqdim olunur və ya skan edilir. Əks halda, bu hal vəsiqəni özündə saxlayan şəxs üçün inzibati və cinayət məsuliyyəti yarada bilər.
İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, bu kimi hallara görə 500 manatdan 800 manatadək məbləğdə cərimə müəyyən edilib. Şəxsiyyət vəsiqəsi girov kimi saxlanıldıqda, dərhal onun qaytarılması tələb edilməlidir. Əgər imtina olunursa, polisə və ya Daxili İşlər Nazirliyinə müraciət ünvanlanmalıdır".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub