Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbii doğuş ödənişsiz şəkildə, yəni icbari tibbi sığorta hesabına həyata keçirilir.
Mynews.az xəbər verir ki, bu barədə TƏBİB-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, tibbi xidmətlərdən hamilə qadınların yararlanması məqsədilə hamiləliyin nəzarəti aparılan tibb müəssisəsi tərəfindən 30-cu həftəsindən sonra tərtib edilən mübadilə vərəqələri təqdim edilir: "Hamilə qadının seçimi də nəzərə alınmaqla doğuşun təşkili və ya icrası ixtisaslı tibb müəssisəsinə yönləndirilir. İcbari tibbi sığorta çərçivəsində hamilə qadınlara doğuşaqədər tibbi xidmətlər və nəzarət, həmçinin patronaj xidməti ilkin səhiyyə xidmətinə uyğun olaraq həkim-mama ginekoloqlar tərəfindən həyata keçirilir. Tibbi göstəriş olduğu halda qeysəriyyə əməliyyatı da icbari tibbi sığorta çərçivəsində icra olunur.
Bundan əlavə, hamilə qadında digər xəstəlik aşkar olunarsa və bu diaqnoz Xidmətlər Zərfinə uyğun olaraq təminata alınıbsa, vətəndaş tibbi xidmətdən ödənişsiz əsaslarla yararlana bilər”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub