Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti - "Rosselxoznadzor" iyulun 11-dən etibarən Azərbaycanın "Allbuy" MMC və "Milk Products" MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalını qadağan edib.
Mynews.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, bu qərar həmin müəssisələrin Rusiyada keçirilməsi planlaşdırılan yoxlamadan imtina etməsi və Rusiya bazarına maraq göstərməmələri ilə əlaqədardır.
Bildirilib ki, daha əvvəl "Rosselxoznadzor" Azərbaycan tərəfinə Rusiyaya süd məhsulları ixrac edən beş müəssisədə yoxlama aparmağa hazır olduğunu bildirib. Bu yoxlamalar Avrasiya İqtisadi İttifaqı və Rusiya qanunvericiliyinə uyğunluğun qiymətləndirilməsi məqsədi daşıyırdı.
Qurum xatırladıb ki, 2024-cü ildə keçirilmiş yoxlamalar zamanı bəzi pozuntular aşkarlanıb və bu da qərarın verilməsində rol oynayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub