Xəzər dənizində suyun səviyyəsinin azalması ilə çimərlik sahələrində sürüşmə və lillənmə kimi təhlükəli hallar yaranır.
Mynews.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi şöbəsinin müdiri Əmir Əliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib.
O deyib ki, əvvəllər suyun səviyyəsi çox və dənizdən gələn küləklər güclü olduqda, sahildə lil toplanmırdı. İndi isə səviyyə azaldığı üçün çöküntülər və lil sahil boyu toplanır. Bu da çimərlikdə görünməyən təhlükəli zonalar yaradır.
Əmir Əliyev onu da bildirib ki, insanlar lil üzərində yeridikdə ayaqları sürüşür, tarazlığı itirir və batma riski artır.
Coğrafiya İnsitutunun şöbə müdiri qeyd edib ki, çimərliklərə üz tutan vətəndaşlar təhlükə nişanları və ya xəbərdarlıq lövhələri olan yerlərə diqqət yetirməli və üzgüçülük qabiliyyəti zəif olan şəxslərin isə bu ərazilərdən uzaq durmaları məsləhət görülür.
Daha ətraflı videomaterialda:
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub