Rusiya tərəfi AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq hərəkətlərinin nəticəsini gözləyir.
Mynews.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
O, AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Bakının Rusiyaya qarşı beynəlxalq məhkəmələrə təqdim etmək üçün sənədlər hazırladığını deyən Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə belə münasibət bildirib.
"Əgər Azərbaycan belə bir qərar qəbul edərsə, bu, Azərbaycanın hüququdur, biz bütün proseslərdən və aparılan araşdırmalardan rəsmi hökm gözləyəcəyik”, - Peskov bildirib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub