Laçında gənclər və uşaqlar arasında “Qarabağda Zəfər Rəqsi” adlı rəqs festivalı və yarışı keçiriləcək. Bakı Abadlıq Xidmətinin mədəni layihəsi olan festival və yarış Laçındakı Seyrangahda baş tutacaq.
Mynews.az xəbər verir ki, iyulun 27-də təşkil olunacaq tədbirdə Bakı, Naxçıvan, Şəki, İmişli, Mingəçevir, Gəncə, Göyçay, Ağcabədi, Xudat və Sumqayıt şəhərlərindən gələcək rəqs kollektivləri də daxil olmaqla festivalda 300-ə qədər qonağın iştirak edəcəyi gözlənilir.
Tədbirə dəvət olunan peşəkarlar öz sahələrindəki ən yaxşıları seçəcəklər.
Kollektivlərin təqdim etdiyi rəqslər, “Cəngi” Dövlət Rəqs Ansamblının baş xoreoqrafi Fərhad Əliyev, rəqqas, aktyor Xəyal Kərimbəyli, Azərbaycan Cheerleading Federasiyasınin məşqçi hakimi Ülviyyə Əlizadədən ibarət münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndiriləcək.
“Müasir İncəsənət və Rəqs Qrupları” MMC, Bakı Abadlıq Xidməti, “Yurd” rəsm qalereyası və “Dekor Qaleri Bakı”nın təşkilatçılığı ilə keçiriləcək tədbirə hər bir şəhər sakini, həmçinin həftə sonunu Laçında keçirən hər turist dəvətlidir.
1
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
403 dəfə oxunub
2
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
403 dəfə oxunub
3
Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
399 dəfə oxunub
4
Bakıda sinif yoldaşını yandıran şagird saxlanıldı
389 dəfə oxunub
5
Müəllimin şagirdi bağışlaması cəzanı yüngülləşdirəcək? – HÜQUQİ RƏY
389 dəfə oxunub