Mynews.az İRNA ağentliyinə istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Ermənistan səfəri çərçivəsində İrəvan şəhərində yerləşən Göy Məscidi ziyarət edib. O, məscidin müxtəlif hissələrinə baxış keçirdikdən sonra oradakı möminlərlə birlikdə məğrib və işa namazlarını qılıb.
İrəvanın Göy Məscidi (Məscid - Hüseynəli Xan Mədrəsəsi) XVIII əsrə – hicri təqvimi ilə XII əsrə aid dini abidədir. Bu məscid İrəvan şəhərinin tarixi bazar meydanının (İrəvanın tarixi Köhnə bazarı) yaxınlığında tikilib. Hal hazırda həmin ərazi "köhnə bazar" adlı üstüörtülü böyük bir ticarət mərkəzi kimi istifadə edilir.
Göy Məscid, onun banisi Hüseynəli Xan Qacarın adı ilə də tanınır. Bu məscid və mədrəsə kompleksinin əsas şəhər məscidi funksiyasını yerinə yetirdiyi bildirilir. Hicri 1179-cu ildə, İrəvanın hakimi Hüseynəli Xan (Qacar) Beyglərbeygi tərəfindən təqribən 6 min tümən xərc ilə inşa etdirilib. Məscid bu gün də İrəvanın mərkəzində yerləşir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub